Sizi PwC Azərbaycan və Britaniyanın Azərbaycandakı Palatası (BCCA) tərəfindən təşkil olunan "Əmək Qanunvericiliyində Edilmiş Dəyişikliklərlə Bağlı" tədbirinə dəvət edirik.
Bu tədbirdə Əmək qanunvericiliyinə edilən son dəyişikliklər, əmək münasibətlərinin elektronlaşdırılması və işəgötürənlər üçün yeni tələblər müzakirə olunacaq.
Spikerlər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və PwC Azərbaycanın nümayəndələri yer alır:
- Fuad Heydərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri
- Nərmin Mirzəyeva, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini
- Ilham Hasanov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi publik hüquqi şəxsində İdarə Heyətinin sədri
- Ali Taghizada, CSSMBB™, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Monitorinq şöbəsinin müdiri
- Aynurə Tağıyeva, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Risklərin İdarə edilməsi və elektron audit şöbəsinin müdir müavini
- Rena Farajova, Assoc. CIPD və Farid Ganbarov, PwC Azərbaycan
Tədbir Azərbaycan dilində keçiriləcəkdir və iştirak ödənişsizdir. Bu tədbir xüsusilə İnsan Resursları və Hüquq sahəsində çalışan şəxslər üçün faydalı olacaqdır.
Qeydiyyat üçün son tarix: 6 dekabr.
Landmark Hotel Baku
22nd floor